Həbsdə olan jurnalistin aclığa başladığı bildirilir

tərəfindən Gozetci

Osman Nərimanoğlu

Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan “Demokratik.az” saytının redaktoru Osman Nərimanoğlunun (Rzayev) iyulun 23-dən aclığa başladığı bildirilir.

Bu barədə jurnalistin həyat yoldaşı Arzu Rzayeva bu gün, iyulun 26-da təcridxanada həyat yoldaşı ilə görüşdən sonra Amerikanın Səsinə deyib.

“Osman artıq 3 gündür aclığa başaldığını dedi. O bu barədə təcridxana rəhbərliyinə rəsmi ərizə ilə müraciət edib. Osman özünü çox narahat hiss edirdi. Dodaqları quruyub, arıqlayıb, udquna bilmirdi”, Arzu Rzayeva qeyd edib.

Penitensiar Xidmət Osman Nərimanoğlunun aclıq etməsi barədə xəbəri təsdiq etməyib.

“Penitensiar Xidmətə Nərimanoğlunun aclıq etyməsi ilə bağlı hər hansı rəsmi müraciət daxil olmayıb”, Penitensiar Xidmətdən Amerikanın Səsinə bildiriblər.

Osman Nərimanoğlu 2022-ci il iyulun 5-də Goranboy rayon Meliorasiya İdarəsinin məmurundan və Göygöl rayon xəstəxanasının həkimlərindən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq həbs edilib. O, həbs olunduqdan sonra bildirib ki, ittihamlar yalandır, korrupsiyalarını ifşa etdiyi şəxslər ona böhtan atıblar.

Hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədriliyi ilə jurnalistin məhkəməsi davam etdirilir. Növbəti məhkəmə iclası avqustun 3-nə təyin edilib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az