Fergus Auld: ”Elçin Sadıqovun məsələsini Azərbaycan hökuməti ilə müzakirə edirik”

tərəfindən Gozetci

Fergus Auld

“Azərbaycan və Böyük Britaniya arasında strateji və möhkəm ikitərəfli əlaqələr imkan verir ki, biz bütün məsələri müzakirə edək. Elçin Sadıqovla bağlı məsələ də bizim diqqətimizdədir. Bu məsələni də hökumətlə dialoqumuzda müzakirə edirik”.

Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Fergus Auld tanınmış vəkil Elçin Sadıqovun vəkil kimi fəaliyyətinin dayandırılması barədə suala cavabında deyib.

O, həmçinin bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında bir neçə sahə ilə bağlı davamlı dialoq var:

“Azərbaycan hökuməti ilə dialoqumuzda hər zaman insan hüquqları məsələsi xüsusi yer tutub.”

Gununsesi.info

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az