Daha bir ictimai fəal saxlanılıb (YENİLƏNİB)

tərəfindən Gozetci

Lətif Məmmədov

İctimai fəal Lətif Məmmədov sərbəst buraxılıb

Bu barədə fəalın yaxınları sosial şəbəkədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Lətif Məmmədov polis zorakılığına məruz qalıb, döyülüb.

Ancaq onun özü saxlanıldığı zaman təzyiqə məruz qalıb-qalmaması haqda suallara cavab verməyib.

*   *   *

Meydan TV Lətif Məmmədovun anası Afa Məmmədova ilə əlaqə saxlayıb.

O, hazırda Nəsimi rayonunun 20-ci Polis Bölməsində olduğunu və oğluna yemək apardığını bildirib.

*   *    *

Mülki şəxslər Lətif Məmmədovu evindən aparıblar

İctimai fəal Lətif Məmmədovun iyulun 11-dən 12-nə keçən gecə evindən aparıldığı deyilir.

Yaxınları Lətif Məmmədovun Prezident İlham Əliyevin 11 iyul müşavirəsində Söyüdlü kəndində etirazlara münasibətini sərgiləyən çıxışı haqda kəskin status payalaşdığını qeyd ediblər.

Onun statusunu paylaşandan 15 dəqiqə sonra yaşadığı mənzildən aparıldığı bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin müvəqqəti rəisi Elşad Hacıyev məlumat olacağı təqdirdə yayacaqlarını bildirib.

Lətif Məmmədov Söyüdlü kəndindəki etirazlara münasibətini ifadə edənlər arasında dördüncü şəxsdir ki, həbs edilir.

Ona qədər sabiq deputat Nazim Bəydəmirli, Qiyas İbrahimov və Elmir Abbasov həbs olunmuşdu. Sonuncu dünən inzibati həbs müddəti bitdiyi üçün buraxılıb.

Prezident İlham Əliyev hadisələrdən 20 gün sonra Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazlara reaksiya verib.

Dövlət başçısı iyulun 11-də cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışı zamanı daha çox Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyini günahlandırıb.

İlham Əliyev Gədəbəy rayonundakı hadisəni “tamamilə qəbuledilməz” adlandırıb:

Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib”.

Vətəndaşların bir hissəsinin polisə daş atmasını ədəbsizlik və qanunsuzluq adlandıran Əliyev Azərbaycan polisinin dözümlülük göstərdiyini, özünü ləyaqətlə apardığını bildirmişdi.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az