Gənc fəal Qiyas İbrahim saxlanılıb (YENİLƏNİB)

tərəfindən Gozetci

Qiyas İbrahim

Qiyas İbrahim isə İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına) və 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə ittiham olunub.

Məlumatı Meydan TV-yə Daxili İşlər Nazirliyinin mətbuat xidməti verib.

Bildirilib ki, məhkəmənin qərarı ilə onun barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

*  *  *

İyunun 22-də siyasi fəal Qiyas İbrahim saxlanılıb.

Onu sahə müvəkkilinin iştirakı ilə evindən aparıblar.

Bu barədə Qiyas İbrahimin anası Şura Əmiraslanova Meydan TV-yə danışıb.

Şura Əmiraslanova deyib ki, oğlunu Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələr haqda yazdığı statusa görə aparıblar:

“Sahə müvəkkili tək deyildi, Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsinin 6-7 əməkdaşı gəlmişdi. Əvvəl paylaşdığı statusu silməyi tələb etdilər, Qiyas da razılaşmadı. Telefonun axtardılar, tapmadılar, mən də axtardım, amma tapmadıq. Gördülər tapılmır, qollarını qandallayıb apardılar bölməyə”.

Əmiraslanova Qiyas İbrahimin hazırda məhkəməyə aparıldığını deyir:

Mən də bölməyə getdim. Qiyası oradan da məhkəməyə apardılar”.

Q.İbrahim Gədəbəyin Söyüdlü kəndində polisin əhaliylə davranışına çox kəskin münasibətini paylaşıb.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az