Taleh Bağırzadə 12 saylı koloniyada məhbusların hüquqlarının pozulduğunu bildirib

tərəfindən Gozetci

Taleh Bağırzadə

“Müsəlman Birliyi” Hərəkatının lideri, həbsdə olan Taleh Bağırzadə saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsində məhbusların hüquqlarının pozulduğunu və saxlanma şəraitinin pis olduğunu bildirib.

“Yayın istisinə baxmayaraq, koloniyada saatlarla işıq və su kəsilir. Bunu  rəhbərliyin koloniyada biraylıq su ehtiyatının olduğunu birdirməsinə baxmayaraq, edirlər. Məhbuslara verilən yeməyin keyfiyyəti çox aşağıdır və ondan pis qoxu gəlir”, – Bağırzadənin yaxınları Turan agentliyinə bildiriblər.

Bundan əlavə, məhkumları qızmar günəşin altında meydançada sıraya düzürlər.

Bağırzadəyə psixoloji təzyiq göstərilir.

“Taleh Bağırzadə ilə ünsiyyətdə olan məhbusları təqib edirlər ki, onunla əlaqə saxlamasınlar. Bundan ötrü məhkumlardan birini 2 ay, digərini isə 8 gün karserə salıblar. Ombudsman Aparatına müraciət etdik, amma orada bizə dedilər ki, zərərçəkənlərin özləri, ya da onların qohumları müraciət etməlidirlər.

Taleh Bağırzadə digər adamların onun üzündən əziyyət çəkdiyinə görə mənəvi əzab çəkir. O bu problemlərə ictimaiyyətin və dövlət orqanlarının diqqətini cəlb etmək məqsədilə koloniyadakı məhbusların hüquqlarının pozulması faktlarının açıqlanmasını xahiş edib”, – eyni mənbə bildirib.

Hələlik Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

*Taleh Bağırzadə 2015-ci ilin noyabrında Nardaranda xüsusi əməliyyat zamanı həbs edilib və terrorizm, konstitusiya quruluşunu dəyişdirməyə cəhd, qanunsuz silahlı qrup yaratmaq və digər ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az