103
Avropa Şurası Parlament Assambleyası yay sessiyasının gündəliyinə “Laçın dəhlizi vasitəsilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi” məsələsinin “təcili qaydada” müzakirəsini daxil edib.
Avropa Şurasının mətbuat xidmətindən bildiriblər ki, debatlar iyunun 22-də axşam keçiriləcək.
Müzakirənin məruzəçisi İrlandiyadan olan parlamentari Pol Gevandır.
Bundan öncə Gevan Avropa Şurası Parlament Assambleyasında Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri barədə məruzə hazırlayaraq təqdim edib.
Turan