İranda həbs edilmiş Fərid Səfərli casusluq ittihamını rədd edir

tərəfindən Gozetci

Fərid Səfərli

Mart ayında İrana gedən və orada casusluq ittihamı ilə həbs olunan azərbaycanlı tələbə Fərid Səfərli ittihamları rədd edir. Bu barədə Turan-a onun anası Dilarə Əsgərova bildirib.

Onun sözlərinə görə, o, bu günlərdə oğlu ilə telefonla danışa bilib.

“Mənə dedi ki, yaxşıdır, ürək-dirək verdi. Qətiyyətlə dedi ki, heç bir günahı yoxdur və ittiham üçün heç bir əsas olmadığını qeyd etdi”.

Əsgərova qeyd edib ki, Azərbaycan dövləti oğlunun işi ilə ciddi məşğul olur.

“Vəkilin tutulması məsələsini də hökumət həll edəcək. Ola bilsin ki, artıq vəkil təyin olunub. Azərbaycanın İrandakı Konsulluğundan Fəridlə müntəzəm əlaqə saxlanılır. İnanıram ki, Fəridlə bağlı ədalətli qərar veriləcək”.

Almaniyada təhsil alan Fərid Səfərli fevralın 20-də eyni universitetdə oxuduğu qızın dəvəti ilə Tehrana gedib.

Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı cəsusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az