Bəxtiyar Hacıyev ona qarşı yayılan “kompromat”ı şərh edib

tərəfindən Gozetci

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev ötən gün sosial şəbəkələrdə onun barəsində yayılmıç videoya aydınlıq gətirib.

“Müdafiə xətti” hüquq- müdafiə təşkilatı Hacıyevin şərhini dərc edib. O qeyd edib ki, onun yazışmaları və səsli mesajları onları “kibercinayətkarlıq yolu ilə” ələ keçirən hüquq-mühafizə orqanları tərəfindən yayılıb.

“Mən bundan öncə açıq şəkildə bildirmişəm ki, 2019-cu ilin əvvəlində prezident İlham Əliyevin təşəbbüsü ilə mənimlə əlaqə qurulub. Mənə dedilər ki, Əliyev islahatlara başlayır və  hansısa dövlət strukturunda yeni komandada təmsil olunmağımı istəyir. Mənimlə danışıqları Fövqəladə Hallar Nazirliyinin rəhbəri Kəmaləddin Heydərov aparıb. Onunla dəfələrlə görüşlərimiz oldu, məndən ictimai-siyasi problemlər və onların həlli yolları barədə təkliflər istədilər”, – Hacıyev qeyd edib.

Sonra danışıqlar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə həvalə edilib, Hacıyev bildirib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi fəaldan islahatların beş istiqaməti üzrə təkliflər verməsini istəyib. Hacıyev 4 istiqamət üzrə təklifləri təqdim edib.

“Son hissəni sərbəst buraxdım, nəzərə aldım ki, əgər prezident doğrudan da islahatlar aparmaq və məni harasa təyin etmək niyyətindədirsə, o zaman beşinci təklifi özü irəli sürəcək”, – Hacıyev qeyd edib.

Lakin bu proses uzanıb və nəticəsiz qalıb. Bu səbəbdən Bəxtiyar Hacıyev 2020-ci ildə keçirilən parlament seçkilərində iştirak etmək qərarına gəlib.

“Mən prezidentin özünün səs verdiyi dairədə namizədliyimi irəli sürmüşəm. Qərara gəldim ki, əgər seçkilər saxtalaşdırılacaqsa, o zaman islahatlar haqqında danışmaq növbəti imitasiya sayıla bilər.

Qeyd etmək istəyirəm ki, mən əvvəllər bu danışıqlar barədə mətbuatda və sosial şəbəkələrdə dəfələrlə danışmışam”, – Hacıyev bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə hüquq-mühafizə orqanları onunla digər şəxslər arasında münaqişə yaratmaq üçün yazışmalarını saxtalaşdıraraq yayıblar və saxtalaşdırma sübuta yetirilib.

“Aydındır ki, mənim həbsimin sifarişçiləri və icraçıları görüşlərimə və telefon danışıqlarıma qadağalar qoymaqla, məni təcrid etməklə, müdafiəsiz qoymaqla, yazışmalarımı saxtalaşdırmaqla məni nüfuzdan salmaq, ayrı-ayrı ictimai-siyasi xadimlərlə qarşı-qarşıya qoymaq və münaqişə yaratmaq istəyirlər”, – Hacıyev yazıb.

Qeyd edək ki, Facebook-da yayılan paylaşımda bildirilir ki, Hacıyev Fövqəladə Hallar Nazirliyinin rəhbəri Kəmaləddin Heydərovla gizli əməkdaşlıq edib və bu qurumu gizli təbliğ edib.

*Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib. Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə müddətsiz aclığa başlayacağını vəd edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az