Cəbhəçi sosial şəbəkədə yazdığına görə polisə aparılıb (YENİLƏNİB)

tərəfindən Gozetci

Xalq

Cəbhəçi buraxılıb

Dünən, oktyabrın 31-də axşam saatlarında saxlanan AXCP üzvü Emin Axundov sərbəst buraxılıb.

Bu barədə onun özü məlumat verib.

E.Axundovun sözlərinə görə, onu Facebook-da yazdığı bir statusa görə Abşeron rayon Polis Şöbəsinə aparıblar:

“Əvvəl İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib etmək istəyirdilər. Sonra isə bu fikirdən daşındılar və bu gün sərbəst buraxdılar”.

Onun deməsinə görə, həmin statusunda bir xanımla yol polisi arasında insidentlə bağlı eşitdiyi olaydan bəhs edibmiş.

*  *  *

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Emin Axundovun oktyabrın 31-də saxlanıldığı bildirilir.

Fəalın atası Xalid Axundov deyib ki, dünən saat 19:30 radələrində Abşeron rayonu Polis Şöbəsindən iki nəfər evlərinə gəlib: “Oğlumu axtarırdılar. Aparanda dedilər ki, xırda bır məsələdir, narahat olmayın buraxacağıq, amma hələ də Emindən bir xəbər yoxdur”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev noyabrın 1-də “Turan”a bildirib ki, E.Axundov sosial şəbəkədə yazdığı statusa görə polisə dəvət olunub:

“Məlum olub ki, yazdıqlarının heç bir hüquqi əsası yoxdur. Hazırda araşdırma gedir”.

E.Axundovun konkret hansı statusuna görə polisə çağırıldığı açıqlanmayıb.

Hazırda AXCP-nin bir neçə üzvü uzunmüddətli həbsdədir. Onlar ayrı-ayrı cinayətlərdə ittiham edilsələr də, partiya bu həbsləri siyasi sayır. Hərçənd, rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az