İctimai fəal aksiyada iştirakına görə təzyiqlə üzləşdiyini bildirir

tərəfindən Gozetci

İctimai fəal Mehman Həbibov oktyabrın 27-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının etiraz aksiyasında iştirak etdiyinə görə təzyiqlərlə üzləşdiyini deyir.

Onun sözlərinə görə, aksiya zamanı xəsarət alıb və Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

“Həkimlər ilk öncə mənə boyun sümüyü çatlaması və kəllə beyin travması almağımı desələr də mitinq adı eşidən kimi bununla bağlı sənəd vermədilər və xəstəxanadan xaric etdilər,” o qeyd edib.

Fəalın sözlərinə görə, növbəti günlər polis əməkdaşları Biləsuvar rayonunda yaşayan onun valideynlərinin evinə gəliblər.

“Məni axtarıblar. Mən Rusiyada yaşayıram və ikili vətəndaşlığım var. Rusiyada sosial şəbəkə “Slava Ukraine” yazdığım üçün 7 sutka həbs olunmuşam, sonra Azərbaycana qayıtmışam. Ötən həftə polis əməkdaşları valideynlərimin evlərinə gedərək mənim yerimi soruşublar. Onlar anama mənim fərari olduğumu, Rusiyadan hərbi çağırışdan yayındığımı bildiriblər. Sonra atamı maşına mindirib aparıblar, mənim aksiyada iştirakımla bağlı bəzi suallar veriblər. Onlar və mənim Biləsuvar Rayon Polis İdarəsinə gəlməli olduğumu, əkis halda zorla gətiriləcəyimi bildiriblər. Sonra atamı sərbəst buraxıblar. Həmin gün, günorta saatlarından sonra, polislər atamın işlədiyi iş yerinə yenidən gəliblər”.

Həbibovun sözlərinə görə, anasının bu hadisədən sonra halı pisləşib, təziqi yüksəlib və görmə qabiliyyətində problemlər yaranıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, Mehman Həbibovun döyülməsi ilə bağlı iddialar əsassızdır.

“Digər məsələlərlə bağlı deyə bilərik ki, şəxs öz məqsədlərinə görə diqqətini öz üzərinə çəkmək istəyir, ona görə bu məlumatları yayır,” Daxili İşlər Nazirliynin rəsmisi bildirib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az