Ali Məhkəmə Əli Əliyevin kassasiya şikayətini təmin etməyib

tərəfindən Gozetci

Ali Məhkəmə çərşənbə günü müxalif “Vətəndaş və İnkişaf” Partiyasının sədri Əli Əliyevin sərhəd xidmətinin zabiti Emin Cəfərovun şikayəti əsasında çıxarılmış azadlıqdan məhrumetmə hökmündən verdiyi kassasiya şikayətini təmin etməyib.

Cəfərov və digər zabit – Ramin Ədilov Əliyevin Osmanqızı TV Youtube kanalına 9 dekabr 2021-ci il tarixli müsahibəsindən sonra ona qarşı iddia qaldırıb. Hər iki zabit 30 noyabr 2021-ci il tarixində qəzaya uğrayan helikopterdə idilər və sağ qalıblar. Amma Əliyev qəzada kiminsə sağ qala biləcəyinə şübhə etdiyini ifadə edib. O, həmçinin sərhəd qoşunlarının helikopterinin Rusiya tərəfindən vurula biləcəyi barədə təxmin irəli sürüb.

Əli Əliyev ilk iddia üzrə 5 ay müddətinə azadlıqdan məhrum edilib, sonradan məhkəmə ikinci zabitin şikayətini də təmin edərək, cəza müddətini 6 aya qədər uzadıb.

Bu gün Ali Məhkəmə Əliyevin birinci iş üzrə şikayətini təmin etməyib.

Vəkil Cavad Cavadov Ali Məhkəmənin qərarını “əsassız” və “Azərbaycan məhkəmələrinin imicinə zərbə vuran” qərar adlandırıb və AİHM-yə şikayət veriləcəyini bildirib.

Hazırda Əliyevə qarşı diffamasiya haqqında iş üzrə hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun verdiyi daha bir şikayətə baxılır.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az