Tural Sadıqlının atası bildirir ki, Avropada onun oğlunu öldürmək istəyirlər

tərəfindən Gozetci

Çərşənbə günü siyasi mühacir və bloger Tural Sadıqlının valideynləri Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Onlar bildiriblər ki, Azərbaycan hakimiyyətini kəskin tənqid edən blogerin həyatı təhlükədədir.

Onun atası Əlövsət Sadıqlı bildirib ki, hakimiyyət Avropaya killer göndərib.

“Tural həqiqəti söyləyir. Adamı dinləmək lazımdır, öldürmək yox. Ona qarşı əsassız olaraq üç cinayət işi qaldırıblar, beynəlxalq axtarış elan ediblər, indi isə öldürməyə qərar veriblər. Mən buraya öz hiddətimi və etirazımı bildirmək üçün gəlmişəm”, – blogerin atası deyib.

Hadisə yerinə gələn polislər valideynləri maşına oturdaraq Bakının Nərimanov rayonunda Prezident Administrasiyasının qəbul şöbəsinə aparıblar.

Qeyd edək ki, Tural Sadıqlı Azərbaycan hökumətinin ən qatı tənqidçilərindən biridir, bir neçə ildir ki, Almaniyada yaşayır və orada siyasi sığınacaq alıb.

Ötən il Fransanın Nantes şəhərində rəsmi Bakının digər tənqidçisi, bloger Məhəmməd Mirzəliyə qarşı sui-qəsd törədilib. Bu cinayətə görə üç nəfər Azərbaycan vətəndaşı mühakimə edilib. Fransa məhkəməsi onların adlarını açıqlamayıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az