Polis Rusiya səfirliyinin binasının yaxınlığında etiraz aksiyasının qarşısını alıb

tərəfindən Gozetci

Bu gün Azərbaycan Demokratiya və Rifah Partiyasının fəalları Ukraynada Rusiyanın təcavüzünə qarşı etiraz aksiyası keçiriblər.

Aksiyanın Rusiyanın Bakıdakı səfirliyinin qarşısında keçirilməsi planlaşdırılırdı, lakin hakimiyyət piketə icazə vermədiyi üçün gücləndirilmiş polis dəstələri etirazçılara səfirliyə yaxınlaşmağa imkan verməyib.

Polis dağılışmağı tələb edərək etirazçıları səfirlikdən uzaqlaşdırmağa başlayıb və bir neçə yüz metr onları müşayiət edib.

Aksiya iştirakçıları jurnalistlərə bildiriblər ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünə, bu ölkə sakinlərinin kütləvi qətlinə etirazlarını bildirməyə gəliblər.

“Buça, İrpen, Qostomel Xocalı soyqırımının davamıdır”, – aksiya iştirakçılarından biri deyib.

Digər etirazçı bildirib ki, “Ukraynada hərbi cinayətlər törədən ordu sülhməramlı ola bilməz və Rusiya hərbçiləri Qarabağdan çıxarılmalıdır”.

Etirazçılar Rusiyanın Ukraynada müharibəyə son qoymasını və Rusiya ordusunun bu ölkədən çıxarılmasını tələb ediblər.

Polislə toqquşma və saxlanılan olmayıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az