Birinci Qarabağ iştirakçısı müharibə veteranı statusunu ala bilmir (VİDEO)

tərəfindən Gozetci

“Gözətçi” xəbər verir ki, bunları I Qarabağ iştirakçısı Göyçay sakini Şahmar Şamilov  göndərdiyi şikayətdə bildirib. Onun sözlərinə görə, müharibə veteranı statusu almaq üçün Müdafiə Nazirliyinin arxivinə müraciət edib. Müdafiə Nazirliyindən isə bildirilib ki, arxivdə onun haqqında heç bir məlumat yoxdur.

“Mənimlə eyni vaxtda döyüşən yoldaşlarımın arxivdə adı var, veteranlıq da alıblar. Əlimdə döyüşlərdə iştirak etdiyimi sübut edən şəkillər, qəzet parçaları, mənim döyüşdüyümü sübut edən döyüş yoldaşlarım var. Mən döyüşlərdə qrup komandiri olmuşam, maaş cədvəlinə qol çəkmişəm. Ancaq necə olur ki, mənim adım arxivdə tapılmır?”

Şahmar Şamilov bildirir ki, o, məsələ ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə ona müharibə veteranı statusunun verilməsi haqqında qərar qəbul edib. Ancaq şikayətçinin sözlərinə görə, Müdafiə Nazirliyi Apellyasiya məhkəməsinə müraciət edərək həmin qərarın ləğvinə nail olub.

Döyüşçü bildirir ki, vəkil xidmətindən istifadə etmək imkanı olmadığından məsələ bu mərhələdə qalıb.

Məsələ ilə bağlı Müdafiə Nazirlyinə sorğu göndərilib.

Daha ətraflı linkdə.  

 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az