Strasburq Bakını fəalların işlərilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tam yerinə yetirməyə çağırır

tərəfindən Gozetci

Martın 10-da Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin, fəalların məhkumluğunu təxirə salmadan ləğv etməyə çağıran qətnamə qəbul edib.

Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını Monitorinq qrupunun rəhbər Xalid Ağalıyev bildirib.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Məmməd Əzizov, Şahin Novruzlu, Qiyas İbrahimov, Bayram Məmmədov, Arif və Leyla Yunusların işlərinə aiddir.

Sənəd Avropa Şurası Nazirlər Komitəsinin Avropa məhkəməsi qərarlarının icrasına nəzarətə dair toplantısında qəbul edilib.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında göstərilir ki, bu ərizəçilər hakimiyyətin tənqidinə görə təqiblərə məruz qalıblar və onların barəsində Avropa Konvensiyasının 18-ci maddəsi pozulub. Bu o deməkdir ki, onların təqib edilməsi siyasi cəhətdən əsaslandırılıb.

Ərizəçilər vaxtından əvvəl həbsxanalardan azad olunublar, lakin bəraət almayıblar, ona görə də məhkumluğun olması onların hüquqlarını məhdudlaşdırır.

Odur ki, Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Məhkəməsinin bu şəxslər barəsində qərarlarının tam yerinə yetirilməsinə çağırıb

Qətnamənin azərbaycan dilində buradan tanış ola bilərsiz

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az