Vertolyot qəzası zamanı həlak olanlar İkinci Şəhidlər Xiyabanında dəfn ediliblər

tərəfindən Gozetci

Noyabrın 30-da Mİ-17 vertolyotunun qəzaya uğraması nəticəsində həlak olan hərbçilər, Azərbaycan sərhəd qoşunlarının  11 zabiti dekabrın 1-də İkinci Şəhidlər Xiyabanında dəfn edilib. Daha üç mərhum ailə qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə Sərhəd Xidmətinin rəhbərliyi, digər güc qurumlarının rəhbərləri və hökumət nümayəndələri iştirak ediblər.

“Sərhədçi” İdman Kompleksində keçirilən vida mərasimində 10 mindən çox adam iştirak edib.

Xatırladaq ki, vertolyot Xızı rayonunun dağlıq ərazisinə eniş zamanı qeyri-müəyyən şəraitdə qəzaya uğrayıb. Fəlakətin səbəbi hələ müəyyən edilməyib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az