Laçın sakini əlillik pensiyasının dayandırılmasından şikayətçidir

tərəfindən Gozetci

“Gözətçi” xəbər verir ki, Laçın sakini, hazırda, Kürdəmir rayon Qaçqın şəhərciyi Yeni qəsəbədə yaşayan Sevda Əliyeva 9 ildir ikinci qrup əlillik pensiyası alır. Bu ilin iyul ayında pensiyası dayandırılıb.

Sevda Əliyevanın 31 il iş təcrübəsi var. O, 1980 – 1990- cü illərdə Laçın rayonununda, 1990 – 2011- ci illərdə isə Kürdəmir rayonunda Şahmat məktəbində müəllimə işləyib. 2012-ci ildən “Bronial astma infeksion allergik forma ağır gedişli, kəskinləşmə dövrü hormondan asılılıq” diaqnozu ilə ona ikinci qrup əlillik təyin olunub. Həmçinin ağır fiziki işdən azad edilib.

“2012-ci ildən Tibbi-Sosial Ekspert Komissiyası mənə ikinci qrup əlillik təyin edib. Müxtəlif müalicə kursları keçmişəm, daima həkim nəzarətindəyəm. 2019-cu ildə Kürdəmir rayon Mərkəzi Xəstəxanasında, 2021-ci ildə isə iki dəfə müxtəlif aylarda Bakı şəhər Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə olmuşam, apartalardan keçirlilib xəstəliyim haqqında sənəd verilib. Bu ilin iyul ayında isə əlillik pensiyam dayandırılıb”.

Şikayətçinin sözlərinə görə, 19.05.2021-ci ildə xəstəliklə bağlı sənədlərini Tibbi-Sosial Ekspert Komissiyasına tə1dim edib. 08.06.2021-ci ildə isə ona imtina cavabı gəlib və səbəb kimi “Əlavə müalicəyə ehtiyac olması xəstənin diaqnozu ilə əlaqədar son beş ildə stasionar müalicə yetərli deyil” göstərilib.

“Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə və müayinə məsləhət görülüb. Mənim isə hansısa xəstəxanada yatıb müalicə almağa maddi imkanım yoxdur. Ailədə həyat yoldaşımla bir mənəm. Heç bir yerdən də gəlirimiz yoxdur ”, deyə Sevda Əliyeva bildirib.

Məsələ ilə bağlı “Gözətçi” olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az