Aclığın 24-cü günündə Saleh Rüstəmlinin vəziyyəti

tərəfindən Gozetci

“Saleh Rüstəmlinin vəziyyəti çox kritikdir. Oynaqlarında şiddətli ağrılar başlayıb. Güclə yeriyir”, – noyabrın 29-da vəkil Bəhruz Bayramov Saleh Rüstəmli ilə görüşdən sonra bildirib. Rüstəmli 24 sutkadır ki, aclıq edir.

Vəkilin sözlərinə görə, yaxınları onu quru aclığa keçməməyə razı salmağa çalışıblar. Ancaq o israrlıdır.

Həkimlərin sözlərinə görə,  Rüstəmli quru aclıq aksiyasına keçərsə 12-14 saat ərzində komaya düşə bilər və onu xilas etmək mümkün olmayacaq.

Bundan öncə vəkil Rüstəmlinin işinə yenidən baxılması xahişilə Ali Məhkəmənin Plenumuna müraciət edib.

Beynəlxalq təşkilatlar, Azərbaycan ictimaiyyət nümayəndələri hakimiyyəti Rüstəmlini  azad etməyə çağırıblar.

* Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və ” Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir.

Turan

 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az