Saatlıda susuzluğa etiraz edən AXCP üzvü həbs olunub

tərəfindən Gozetci

AXCP: “Hökumət 2021-ci ildə insanların susuzluqdan əziyyət çəkməsinə görə utanmır”

Sentyabrın 28-də Saatlı rayonunda Orta Muğan, Çolpukənd və Nabatkənd sakinlərinin su probleminə görə keçirdiyi etiraz aksiyasının iştirakçılarından biri həbs olunub.

Bu barədə Meydan TV-yə Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) məlumat verilib.

Bildirilir ki, həbs olunan şəxs Orta Muğan kənd sakini Asim Ağayevdir.

Məlumata görə, aksiyadan sonra günorta saat 16.00 radələrində Saatlı rayon Polis Şöbəsinə aparılan Asim Ağayev haqqında inzibati xəta protokolu tərtib edilərək, məhkəmə qarşısına çıxarılıb.

Saatlı Rayon Məhkəməsinin qərarıyla onun haqqında 10 günlük inzibati həbs qərarı çıxarılıb.

1989-cu il təvəllüdlü Asim Ağayev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür.

Partiyadan bildirilib ki, yüzlərlə etirazçıdan yalnız Asim Ağayevin həbs olunması ayrı-seçkiliyin və siyasi baxışlara görə təqiblərin sübutudur: “Asim Ağayevin cəzalandırılmasının əsas səbəbi onun AXCP üzvü olmasıdır. Hökumət 2021-ci ildə insanların susuzluqdan əziyyət çəkməsinə görə utanmır, üstəlik, buna etiraz edən vətəndaşı həbs edir”.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az