Birinci Qarabağ iştirakçısı əlillik dərəcəsini təyin etdirə bilmir

tərəfindən Gozetci

Şəki sakini İlyaz Həsənov “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib ki, hərbi həkim komissiyasının təqdim etdiyi sənədlərə baxmayaraq, illərdir ki, əlillik dərəcəsini təyin etdirə bilmir.

Şikayətçinin sözlərinə görə, bütün sənədləri tam hazır formada Sosial Müdafiə Nazirlyinə təqdim edilib. Ancaq hər dəfə “natamam doldurma”, “əlavə müalicəyə ehtiyac var” kimi imtinalarla gecikdirilib.

“Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib, yaralanmışam. Kəllə-beyin travması, “kontuziya” almışam. Bədənimdə qəlpə yaraları var. 9 ildən artıqdır ki, əlilliyimin təyin edilməsi üçün məhkəmə proseslərində iştirak edirəm. Əlimdə “Papanin”də (Mərkəzi Hərbi Klinik Hospitalı) hərbi həkim komissiyasının tədim etdiyi rəsmi rəyin olmasına baxmayaraq, hər dəfə Sosial Müdafiə Nazirliyindən imtina cavabı gəlir”.

İ. Həsənov sonuncu dəfə keçən ilin sentyabr ayında Bakıda Tibbi-Sosial Ekspert Komissiyasında müayinədə olduğunu bildirir.

“TSEK-dan dedilər ki, üç gün müddətinə məlumat veriləcək, ancaq hlə də xəbər çıxmayıb. Rayon xəstəxanalarında bütün sənədlərim hazırdır, təsdiqlənib, sistemə vurulub”.

Şikayətçinin sözlərinə görə, o, hələ 1995-ci ildən veteran adı almaq üçün sənədlərini aidiyyatı qurumlara təqdim etsə də, müxtəlif bəhanələr göstərilib.

“2012-ci ildən təkrar müraciətlərə başlamışam. Bütün məhkəmə sənədlərim üst-üstə yığılıb. 28.01.2021-ci ildə Azərbaycan Respublikası Şəki inzibati məhkəməsi tərəfindən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə rəsmi sorğu göndərilib. Ancaq hələ də cavab gəlməyib.

Məsələ ilə bağlı “Gözətçi” olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi NAzriliyinə sorğu göndərilib

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az