Orduya dəstək aksiyasından sonra həbs edilən şəxslərin məhkəmələri başa çatıb

tərəfindən Gozetci

İyunun 22-də Bakının Səbail rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktına əsasən həbs edilən şəxslərin cinayət işi üzrə üçüncü qrupun məhkəmə prosesində hökm oxunub. Bununla da bu cinayət işi üzrə məhkəmə prosesləri başa çatıb.

Təqsirləndirilən şəxslərin əksəriyyəti məhkəmələrin hökmündən apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Hökmə əsasən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları İsmayıl Həsənov, Ceyhun Novruzov, Gündüz Mirzəyev, Baba Süleymanov, Məhəbbət Nağıyev, Telman  Seyfullayev, Ramid Nağıyev, bitərəflər Ceyhun Məmmədov, İsmayıl Məmmədov, Emin Hüseynzadə, Fariz Məmmədov, Vüsal Quliyevin hər birinə 2,5 il sınaq müddəti olmaqla, 2 il 10 ay şərti cəza təyin olunub.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmədiklərini və bunun siyasi sifariş olduğunu bildiriblər.

Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var.

* 2020-ci il iyulun 14-də axşam saatlarında Bakıda Qarabağın azadlığı uğrunda müharibəyə başlamaq tələbi ilə çoxminlik kortəbii yürüş başlayıb. Yürüş gecə boyunca davam edib və 15 iyul səhər saatlarında başa çatıb. Yürüş iştirakçılarının bir hissəsi parlament binasına daxil olub və binaya ziyan vurub.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az