Medal verilməyən keçmiş döyüşçülərin etirazı var

tərəfindən Gozetci

Bu gün, iyunun 29-da bir qrup İkinci Qarabag müharibəsi iştirakçısı Bakıda Azərbaycan Müdafiə Nazirliyinin baş kadırlar idarəsinin önünə toplaşaraq şikayətlərini bildiriblər. Onlardan bəziləri deyib ki, hərbi biletlərində vuruşduqları yerlər tam yazılmayıb, üstəlik, döyüşlərdə iştirak etmələrinə baxmayaraq medallarla təltif edilməyiblər.

Şikayətçilərdən biri isə vurğulayıb ki, ciddi şəkildə yaralansa da, əlillik dərəcəsi, hələlik, almayıb.

Rüşvətxorluq iddiaları

Əraziyə toplaşanlardan biri isə söyləyib ki, Müdafiə Nazirliyinə lazımı məlumatlar vaxtında catdırılmır. Keçmiş döyüşçülərin sözlərinə görə, ola bilər ki, bir müddət sonra medallar hamiya veriləcək, amma bu barədə onlar xəbərdar edilməlidir.

Əraziyə toplaşanlar rüşvətxorluq hallarından da şikayətləniblər.

Onların dilə gətirdiyi şikayətlərə, hələlik, Müdafiə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ötən il və bu il iyunun 26-da ( Azərbaycan ordusunun yaranması günü) İkinci Qarabag müharibəsi iştirakçılarının bir çoxu müxtəlif medallarla təltif edilib.

Xatırlatma

2020-ci ildə, 44 günlük ( sentyabrın 27-dən noyabrın 10 -na kimi) İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında ) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibədə Azərbaycanın 3 minə yaxın hərbi qulluqçusunun həlak olduğu, minlərlə hərbi qulluqçunun isə yaralandığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az