‘Anlamıram, Sona Vəliyevanı niyə məhkəməyə gətirmədilər?’

tərəfindən Gozetci

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın rəhbərlik etdiyi “Kaspi Liseyi Ümumtəhsil Məktəbi” MMC-dən 565 min manatlıq yeyinti iddiası ilə bağlı il yarımlıq daha bir məhkəmə araşdırması yekunlaşıb. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb. Amma Vəliyevanın keçmiş işçiləri bu nəticədən narazıdır və Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

Liseydən 565 min manatlıq mənimsəmədə suçlananlar təhsil müəssisəsinin baş mühasibi olmuş Tural Məmmədovvə mühasib Fərahim Möhbalıyevdir. İddia olunur ki, liseyin Bakıxanov qəsəbəsindəki filialına valideynlərin təhsil haqqı kimi ödədiyi pullardan 564 min manatı onlar əlbir olub mənimsəyiblər.

Məmmədov pulların bir qismini götürüb, şəxsi ehtiyaclarına sərf elədiyini desə də, Möhbalıyev, ümumiyyətlə, təqsirsiz olduğunu bildirir. Elə Məmmədov özü də onun günahsız olduğunu, heç nədən xəbəri olmadığını təsdiqləyir.

“Məhkəmə təmin etmir ki, proses daha bir il uzana bilər”

Təqsirləndirilən şəxslərin əsas tələblərindən biri liseyin təsisçisi Vəliyeva ilə üzləşdirilmək idi. Məhkəmədə dəfələrlə özləri də, vəkilləri də bu haqda vəsatət qaldırmışdılar. Apellyasiya məhkəməsi il yarım çəksə də, Vəliyeva ilə üzləşmə olmadı.

Liseyin keçmiş əməkdaşları həm də məhkəmənin təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı araşdırma aparmasını istəyirdi. İddia edirdilər ki, Vəliyeva onları yeyintidə suçlayır, özü də vergidən yayınır. Vəkil Adəm Məmmədov vəsatət qaldırmışdı ki, “Kaspi” Liseyinin 2017-2018-ci il üçün illik və rüblük vergi hesabatlarına dair dövriyyə çıxarışı Vergilər Nazirliyindən alınsın.

Təqsirləndirilən şəxslər narazıdır ki, onların tələb etdiyi bu məsələlərin heç biri yerinə yetirilməyib.

“Anlamıram, Sona Vəliyevanı niyə məhkəməyə gətirmədilər? Vəkillər yenidən audit yoxlaması keçirilməsi barədə vəsatət qaldırır, məhkəmə təmin etmir ki, proses daha bir il uzana bilər. Əgər bu məsələlər yoxlanmırsa, məhkəmə necə ədalətli qərar verə bilər? Mənə qarşı ittihamı təsdiq edən heç bir sübut yoxdur. Mən niyə heç bir cinayət törətmədiyim halda, məhkum olunmalıyam?”, – Möhbalıyevbelə deyir.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az