113
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Reeker bəzi vətəndaş cəmiyəti nümayəndələri ilə görüşüb.
Bu gün ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Rikerin başçılıq etdiyi heyetle görüşmek imkanımız oldu.
Görüşdə insan hüquqları, siyasi azadlıqların durumu, Qarabağ müharibəsi sonrası bölgədə təhlükəsizlik ve sülh quruculuğu barədə problemlərə dair fikir mübadiləsi apardıq. Bu barədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli öz facebook səhifəsində paylaşım edib.
Bir neçə gün qabaq görüş haqqında məlumat yayan Dövlət Departamenti səfərin məqsədinin həm də ABŞ-ın bütün bölgədə demokratik və iqtisadi inkişafa dəstəyini ifadə etmək olduğunu bildirmişdi.
Dövlət Departamenti bildirir ki, Filip Riker səfər zamanı ikitərəfli və regional prioritetləri inkişaf etdirmək və ABŞ-ın bölgədəki demokratik və iqtisadi inkişafa dəstəyini ifadə edəcək.
İkigünlük səfər çərçivəsində Filip Riker Bakıda bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.