Elmar Vəliyevlə bağlı ekspertiza qərar verəcək

tərəfindən Gozetci

Məhkəmə Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin həqiqətən də hadisələr ilə bağlı ifadə vermək iqtidarında olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza keçirilməsinə qərar verib.

Bu barədə mayın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Yunis Səfərov və daha 11 nəfərin məhkəmə prosesində qərar verilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda vəkillər bildirib ki, E.Vəliyevin həqiqətən də hadisələr ilə bağlı ifadə vermək iqtidarında olmaması haqqında təqdim edilmiş tibbi sənədlər sübut kimi mötəbər hesab olunmur. Onların sözlərinə görə, bunun üçün mütləq qaydada Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində ekspertiza keçirilməli idi.

Vəkillər prosesdə ekspertizanın keçirilməsi ilə bağlı vəsatətlə çıxış ediblər. Məhkəmə vəsatəti təmin edib.

Növbəti məhkəmə prosesi ekspertizanın nəticələri bəlli olandan sonra təyin olunacaq.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az