Siyasi məhbus ailələrinin ABŞ səfirliyi qarşısında aksiyası

tərəfindən Gozetci

Çərşənbə axşamı səhər saatlarında siyasi məhbusların ailə üzvlərindən ibarət bir qrup ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Aksiya iştirakçıları arasında xeberman.com saytının redaktoru Polad Aslanovun həyat yoldaşı, Azel.TV rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı, “Gəncə işi” üzrə həbs edilənlərin ailə üzvləri var idi. Onlar siyasi məhbusların plakatlarını qaldırmışdılar.

Aksiya iştirakçıları ABŞ səfirliyini və digər dövlətlərin diplomatik missiyalarını, habelə beynəlxalq təşkilatların nümayəndələrini həbs edilən şəxslərin məhkəmə proseslərində iştirak etməyə çağırıblar.

Aslanovun və Sadıqovun həyat yoldaşları ərlərinin aclıq etdiyini və onların səhhətində yaranmış problemləri xatırladıblar.

Hadisə yerinə gələn polis əməkdaşları banner və fotoşəkilləri aksiya iştirakçılarının əlindən alıblar, bu da etirazçıların qəzəbinə səbəb olub.

ABŞ səfirliyi hələlik etiraz aksiyası ilə bağlı şərh verməyib.

“Siyasi məhbuslara azadlıq” İttifaqının məlumatına görə, hazırda həbsxanalarda siyasi motivlərlə həbs edilmiş 146 nəfər saxlanılır.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az