“Mən demişdim əgər o sakinlərə cəza verilsə, tək adamlıq aksiya edəcəm”

tərəfindən Gozetci

Neftçala rayon, Xolqaraqaşlı kənd sakinləri müxtəlif bəhanələrlə kənd bələdiyyə sədri tərəfindən cəzalandırılır.

Bu barədə məlumatı Vəfa Nağı özünün “Facebook” hesabında paylaşıb.

O, bildirib ki, açıq aydın bu insan çirkin yollarla iş görür və insanlara hansısa yolla cəza verilməsinə nail olur:

“Neftçala rayon Xolqaraqaşlı kənd sakinlərindən 3 nəfər qeyri qanuni ev həbsi ilə cəzalandırılıb. Səbəb kimi 2020 ci il aprelin 15 – də olan kənd bələdiyyə sədri Əlibala Səlimova qarşı keçirilən aksiya göstərilir. Bu aksiya karantin dövrünə düşdüyü üçün, üstündən iki ay keçməsinə baxmayaraq, 10 nəfər sakin hər biri 50 manat olmaqla cərimələnib.

Üstündən bir neçə ay keçəndən sonra Neftçala rayon polisi tərəfindən daha 3 nəfər sakin hər biri 200 manat məbləğində cərimələnib. İllərdir İnkişaf Fondunun torpağını mənimsəyib, əkib – becərən bələdiyyə sədri yox, haqsızlığa qarşı çıxan 3 nəfər kənd sakininə ev dustaqlığı verilib ki, kəndlilərin gözü qorxsun, daha etiraz edən olmasın.

Açıq aydın bu insan çirkin yollarla iş görür və insanlara hansısa yolla cəza verilməsinə nail olur. Mən demişdim, əgər sakinlərə cəza verilsə, tək adamlıq aksiya edəcəm.

Ayın 14 – ü yenə bələdiyyə sədri Əlibala Səlimovun plakatı ilə küçələri rəngləndirəcəm.”

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az