Prokurorluq AXCP fəalının evində baxış keçirir

tərəfindən Gozetci

Prokurorluq AXCP fəalının evində baxış keçirir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin sədri Emil Səlimovun evində Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşları tərəfindən baxış keçirildiyi deyilir.

Bu barədə Turana AXCP-dən məlumat verilib.

Məlumata görə, E.Səlimov bu gün, yanvarın 12-də Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. “Emil bəyi həbsdə olan Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun işi ilə bağlı şahid qismində çağırıblar. Saat 16:00-da Prokurorluğa girən Emil Səlimov saat 20:10-da ağ rəngli avtomobillə binadan çıxdı və qurumun binasının önündə olan parriya yoldaşlarına bildirdi ki, gedirlər evə baxış keçirməyə”.

Məsələ ilə bağlı Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

Niyaməddin Əhmədov CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham olunur. O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. Prokurorluq iddia edir ki, Q.Məmmədov Azərbaycanda terror törətmək istəyib, bu məqsədlə N.Əhmədova pul göndərib.

CM-in 214-1 maddəsində 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AXCP də bu ittihamın absurd olduğunu bəyan edib, N.Əhmədovun həbsini isə partiyaya və Ə.Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az