Əmanətçilər etiraz aksiyası keçirib

tərəfindən Gozetci

[:az]Sentyabrın 14-də “Bank Standard” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əmanətçiləri olduqlarını deyən bir qrup şəxs Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Onlar “Bank Standard” deyərək şüar səsləndiriblər.

Etirazçıların sözlərinə görə, bağlanmış bankda olan əmanətlər onlara kəsirlə qaytarılıb. “Bankda 30 min dollarım var idi, amma mənə cəmi 18 min manat qaytarıblar. Bu, düzgün deyil axı. Dollarda olan əmanəti dollarla da qaytarmalıdırlar. Qalmışıq küçələrdə. Biri deyir, ora get, o biri deyir, bura get. Belə yaşamaq olmaz axı. Dörd ildir pulumuzu tam ala bilmirik, bir neçə dəfə məhkəməyə müraciət etmişik”, – şikayətçilərdən bir qeyd edib.

O, əlavə edib ki, şikayətimizə baxan yoxdur: “Əmanətlərin Sığortalanması Fondunun direktoru ilə görüşmüşük, o bizə bildirib ki, sentyabrın 15-dən sonra məsələmizə baxacaqlar. Deyib ki, indi bağlanmış digər dörd bankın borclarını ödəyirlər. Əmanətlərimiz olan “Bank Standard”ı qanunsuz bağlayıblar. Bu bankın kapitalı bir milyard idi. Talayıblar bankı, faizsiz kreditlər veriblər, verildiyi adamlar da məlumdur – 153 hüquqi və fiziki şəxslərdir, onlar da pulunu qaytarmırlar. Onlara görə isə biz pulumuzu ala bilmirik”.

Polis əməkdaşları toplaşanları ərazidən uzaqlaşdırıblar.

Bu deyilənlərlə, hələlik, Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu və “Bank Standard”ın keçmiş rəhbərliyindən münasibət öyrənmək mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az