Məmməd İbrahimə qarşı ittiham maddələrindən birini dəyişiblər

tərəfindən Gozetci

[:az]15 iyul Qarabağ aksiyası ilə əlaqədar saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə qarşı ittiham maddələrindən biri götürülüb, lakin digəri əlavə edilib. Bu barədə onun vəkili Əsabəli Mustafayev bildirib.

Onun sözlərinə görə, M.İbrahimin üzərindən CM-in 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər) maddəsi üzrə ittiham götürülüb.

Eyni zamanda M.İbrahimə CM-in 127.2.1-ci maddəsi (vəzifəsini yerinə yetirən şəxsə xəsarət yetirmək) üzrə ittiham elan olunub.

Bu maddə bu iş üzrə keçənlərin hamısına əlavə edilib.

Qeyd edək ki, M.İbrahim və bu iş üzrə cəlb edilmiş daha 17 nəfər AXCP fəalı da CM-in 186.2.1 (başqasının əmlakının məhv edilməsi və zədələnməsi), 315 (polisə müqavimət), 233-cü (ictimai qaydanın pozulması) maddələri ilə ittiham olunurlar.

İyulun 14-15-də Bakıda Ermənistanla sərhəddə hərbi münaqişənin eskalasiyası ilə əlaqədar Azərbaycan ordusuna dəstək nümayişi keçirilib. Aksiya zamanı bir qrup şəxs parlamentin binasına daxil olaraq aksiyanı dağıdıb.

Bu hadisələr üzrə başlanmış cinayət işi çərçivəsində AXCP-nin 40-a yaxın fəalı cinayət və inzibati qaydada həbs edilib. Digər 10 nəfər dindirildikdən sonra sərbəst buraxılıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az