ABŞ səfiri vəkillərlə görüşüb

tərəfindən Gozetci

[:az]Avqustun 20-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ABŞ-ın Azərbyacandakı Səfirliyində vəkillər Elçin Sadıqov və Aqil Layıcovla görüşüb.

Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, saat yarım davam edən görüşdə Azərbaycanda insan hüquqlarının, vəkilliyin durumu, o cümlədən 14-15 iyul hadisələrindən sonra həbs edilən şəxslərin hüquqlarının müdafiəsi məsələləri diqqət mərkəzində olub.

ABŞ Səfirliyi hələ bu görüşlə bağlı məlumat yaymayıb.

Xatırladaq ki, iyulun 14-15-də Azərbaycan Ordusunu müdafiə məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə hüquq müdafiəçilərininmhesablamalarına görə yüzdən çox insan saxlanılıb. Saxlanılanlar arasında müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının çoxsaylı fəalları, o cümlədən ADR Hərəkatının və Müsəlman Birliyi Hərəkatının bir neçə üzvü var.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az