Avropa Parlamenti Fuad Qəhrəmanlının işgəncələrə məruz qalması barədə məlumatlardan narahatdır

tərəfindən Gozetci

[:az]“Azərbaycandakı həbs və işgəncə xəbərlərindən çox narahatam. Bu proses beynəlxalq səviyyədə araşdırılmalıdır. Məsul şəxslər cavab verməlidirlər”. Bu barədə    AŞPA-nın Sosialistlər, Demokratlar və Yaşıllar qrupunun sədri, Almaniya parlamentinin deputatı Frank Şvabe özünün Twitter hesabında qeyd edib.

“Fuad Qəhrəmanlının vəziyyəti haqda ciddi narahatlıq var. Azərbaycan onun sağlıq vəziyyəti ilə bağlı tam şəffaf olmalıdır”, – o bildirib.

Fuad Qəhrəmanlı Bakıda keçirilmiş nümayişlə əlaqədar iyulun 23-də saxlanılıb.  Bir qrup aksiya iştirakçısı Azərbaycan parlamentinə daxil olub və bundan sonra polis minlərlə nümayişçini dağıdıb.

Həmin hadisələrlə bağlı Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb.

F. Qəhrəmanlı və digər AXCP fəallarına qarşı CM-in 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönələn) ilə ittiham irəli sürülüb.

F. Qəhrəmanlı saxlandıqdan sonra yanına vəkil buraxılmır. Amansız işgəncələr və hətta onun ölümü ilə bağlı qeyri-rəsmi məlumatlar yayılıb.

Avqustun 3-də ombudsman Səbinə Əliyeva istintaq təcridxanasında F.Qəhrəmanlıya baş çəkdikdən sonra bu məlumatları təkzib edib. Lakin bundan sonra da 4 gün ərzində vəkili F.Qəhrəmanlının yanına buraxmayıblar. Yalnız ötən cümə axşamı vəkil Bəhruz Bayramov bir dəqiqə yarım müddətinə buraxılıb. Bundan sonra F.Qəhrəmanlı vəkil xidmətindən imtina edib. Bu, F.Qəhrəmanlıya fiziki təzyiqlərin göstərilməsinə dair şübhələri artırıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az