Daha 7 cəbhəçi polislər tərəfindən saxlanılıb (Yenilənib)

tərəfindən Gozetci

[:az]Daha 5 cəbhəçi polislər tərəfindən saxlanılıb. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mətbuat xidmətinin katibi Natiq Ədilov özünün Facebook hesabında məlumat paylaşıb. O bildirib ki, AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli, Ali Məclis üzvü Nicat Abdullazadə, Xətai şöbəsinin fəalı Süleyman Məhərrəmli, Nəsimi şöbəsinin fəalları Ceyhun Novruzov və Baba Süleyman saxlanılıb.

Bununla yanaşı Natiq Ədilov partiya üzvləri Bəxtiyar İmanov və Ramid Nağıyevin hazırda  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğu bildirib:

“«Tutucu» dövlət orqanları indi də Əli Kərimlinin əleyhinə saxta ifadələr almaq üçün bu cəbhəçilərə işgəncə verməkdədirlər. Vəkillərin görüşünə imkan verilmir və bu da birinci dəfə deyil”

Partiya üzvləri Mahir Namazov və Arif Nağıbəyli isə iyulun 20-də günorta saatlarında saxlanıb.Məlumata görə, həmin şəxslər saxlanaraq naməlum istiqamətə aparılıb.

Xatırladaq ki, ötən gün AXCP Rəyasət heyyətinin üzvü Asif Yusifli və fəal Seymur Əhmədzadə barəsində 2 ay 28 gün həbs-qətimkan tədbiri seçilib. İyulun 18-də Nəsimi Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb. Onlar iyulun 14-dən 15-nə keçən gecə Bakıda Qarabağa dəstək yürüşündə iştiraka görə həbs olunublar.

 

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az