Tofiq Yaqublu: ‘İndiki kimi absurd, vicdansız suçlama ilə üzləşməmişdim’

tərəfindən Gozetci

[:az]

Tofiq Yaqublu

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu özü haqqındakı cinayət işinin materialları ilə tanış olub. O, ailə üzvləri ilə telefon danışığında materiallarda yazılanlar haqda fikirlərini bölüşüb. Bu barədə AzadlıqRadiosuna T.Yaqublunun qızı Nigar Həzi məlumat verib.

N.Həzinin sözlərinə görə, atası iş materiallarında sübutların saxtalaşdırıldığını, yalançı şahidlər və saxta ekspert rəylərindən istifadə olunduğunu deyib: “Dedi ki, əlavə “şahidlər” və “xəsarətlər”lə cinayət işinin içini zənginləşdiriblər. Müstəntiq iddia edib ki, Tofiq Yaqublu həbs olunan gün onun özünün istədiyi vəkil olmayıb, ona görə ilkin dindirmədə dövlət hesabına müdafiəçi təyin edilib. Ağ yalandır, həmin gün vəkil Elçin Sadıqov Nizami Rayon Polis İdarəsinin qarşısında olub. Bunu sübut edən videogörüntülər də var”.

T.Yaqublu ailə üzvlərinə deyib ki, iş materiallarında saxtakarlığı sübut etməyə imkan verən yetərincə boşluqlar var və onları məhkəmədə ortaya qoyacaq: “Ata deyir ki, özünü saxta ittihamlarla cinayət və inzibati həbslərə məruz qalmaq üzrə rekordçu hesab edir. Bu baxımdan, saxta ittihamlar və yalançı şahidlərlə üzləşməkdə geniş təcrübəsi var. Amma indiki kimi absurd, vicdansız, ləyaqətsiz suçlama ilə üzləşməyib. Səbirsizliklə məhkəməni gözləyir ki, bu qanunsuz sifarişi verənlər və icra edənləri ifşa etsin”.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az