20 yaşlı əsgərin çayda boğulduğu deyilir

tərəfindən Gozetci

[:az]“Dəfnə hərbi hissədən heç kim gəlməyib”

Quba rayonunun Üçgün kəndinin sakini, 20 yaşlı Fərdi Namik oğlu Yarəliyevin hərbi xidmətdə həlak olduğu bildirilir. Bu barədə Meydan TV-yə Üçgün kəndinin sakinləri məlumat veriblər. Bildiriblər ki, əsgərin ailəsinə onun boğulduğunu söyləyiblər. Ancaq meyitin başının arxası yarılmış vəziyyətdəymiş:

“Əsgəri bu gün, iyulun 9-da kəndə gətiriblər. Başı yarıldığı halda, boğulduğu söylənir. Bundan əlavə, boğulan adamın bədənində şişlik olur. Bunda elə bir əlamət də yoxdur. Meyiti valideynlərinə təhvil verib gediblər. Dəfnə hərbi hissədən heç kim gəlməyib. Bu ölkənin yiyəsi yoxdur”.

Quba rayon Üçgün kənd icra nümayəndəsi Kazım Beykəsov Meydan TV-yə 20 yaşlı əsgərin öldüyünü təsdiqləyib. Bildirib ki, onlara əsgərin çayda boğularaq öldüyünü deyiblər:

“Zaqtalanın Sərhəd Qoşunlarında xidmət edirdi. Gəlməyinə 3 ay qalmışdı. Oktyabrda xidməti bitirdi. Deyirlər, əsgər yoldaşı ilə dünən çaya gedib. Çayda üzə bilmədiyi üçün boğulub, ölüb. Hətta deyilənə görə, o, batanda digər əsgər yoldaşı kömək etmək istəyib, ancaq bacarmayıb. İndi cinayət işi açıblar. Hadisəni araşdırırlar”.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az