[:az]Fərəc Kərimli polis bölməsindən sərbəst buraxılıb[:]

tərəfindən Gozetci

[:az]Çərşənbə günü günorta saatlarında Müsavat Partiyasının sədr müavini Fərəc Kərimli paytaxt polisindən buraxılıb. O, iyulun 14-15-də orduya dəstək mitinqində iştirak bəhanəsilə səhər tezdən evdən aparılmışdı.

Polisdə F.Kərimliyə ona bənzər bir şəxsin fotosunu göstəriblər. “Mən videoyazıya  baxmağı təklif etdim. Baxdıqdan sonra məlum oldu ki, bu, başqa adamdır. Məndən izahat aldılar və buraxdılar”, – F.Kərimli polisdən qayıtdıqdan sonra Facebook səhifəsində yazıb.

Qeyd edək ki, iyulun 29-da səhər tezdən mülki geyimli altı nəfər Müsavat Partiyası rəhbərinin müşaviri Fərəc Kərimovun mənzilinə gələrək onu Bakı Şəhər Polis İdarəsinə aparıblar. Bu barədə Turan agentliyinə partiyanın sədri Arif Hacılı bildirib.Gələnlər özlərini təqdim ediblər və deyiblər ki, Fərəc 14 iyul nümayişində iştirakı ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün onlarla birlikdə getməlidir”, – A.Hacılı bildirib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az