[:az]Karantin rejiminin yumşaldılmasına və məhkəmələrin fəaliyyətinin bərpa olunmasına baxmayaraq, jurnalistlərə proseslərdə iştirak etməyə icazə verilmir. Məhkəmə işçiləri bunu sosial məsafəyə riayət olunmasının vacibliyi ilə əsaslandırırlar.
Amma proseslərə hətta az sayda jurnalist də buraxılmır ki, bu da məhkəmə araşdırmasının aşkarlıq prinsipinin pozulmasıdır.
Əsasən jurnalistlər Nərimanov Rayon Məhkəməsində AXCP fəalı Paşa Umudovun, Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Polad Aslanovun, fəal Rüstəm İsmayılbəylinin və digərlərinin işi üzrə bugünkü prosesə buraxılmayıblar.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən şərh verməyərək bunu məhkəmələrin işinin təşkilinin qurumun səlahiyyətinə aid olmaması ilə əsaslandırıblar.
Ədliyyə Nazirliyində şərh üçün bütün məhkəmələrdə iştirak edən “hakim-spikerlərə” müraciət etməyi məsləhət görüblər.
Turan[:]