[:az]AXCP sədrinin internet və telefon əlaqələri yenidən kəsilib[:]

tərəfindən Gozetci

[:az]“Artıq 2 gündür Azərbaycan hakimiyyəti AXCP sədri Əli Kərimlinin internetə çıxışını süni yolla əngəlləyir. Aprelin 13-dən 14-nə keçən gecə AXCP sədrinin nəinki özünün mobil telefonu, hətta ailə üzvlərinin mobil telefonları və mənzilin telefonu bağlanaraq onun ətraf aləmlə bütün əlaqəsi kəsilib. Bu gün, aprelin14-də isə Əli Kərimlini əvvəlcədən planlaşdırdığı müsahibəni reallaşdırmaqdan məhrum etmək üçün yenidən onun mənzilində internet kəsilib”. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəyanatında deyilir.

AXCP hesab edir ki, ölkə hakimiyyəti artıq siyasi həssaslığını itirib, bütün dünyanın ağır günlər keçirdiyi Covid-19 dönəmində düşmən axtarır.

“Əli Kərimlinin internetinin kəsilməsi təkcə aparıcı müxalifət partiyasının liderinə qarşı siyasi senzura deyil, həm də ölkədə yüz minlərlə insanın alternativ fikir eşitmək azadlığına və sivil siyasətə vurulan ağır zərbədir”.

AXCP bu məhdudlaşdırmanın ardınca hakimiyyətin daha çirkin planlarının ola biləcəyinə şübhə etmir. Əli Kərimlinin təcrid edilə biləcəyini bəyan etməklə dünya ictimaiyyətini buna yol verməməyə çağırır.

Xatırladaq ki, Əli Kərimli aprelin 13-də jurnalist Sevinc Osmanqızına canlı yayımda müsahibə verməyə hazırlaşarkən onun telefon əlaqələri, internetə çıxışı məhdudlaşdırılıb.

Aprelin 14-də axşam saatlarında yenidən belə bir müsahibə planlaşdırılarkən eyni vəziyyət təkrarlanıb.

Rəsmi şəxslər baş verənlərlə bağlı hələ şərh verməyib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az