[:az]16 apreldə Tofiq Yaqublunun apelyasiya şikayətinə baxılacaq[:]

tərəfindən Gozetci

[:az]Tofiq Yaqublunun barəsində 3 ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 23 mart 2020-ci il tarixli qərarından 25 mart 2020-ci il tarixdə verilən apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun sədrliyi 16 aprel 2020-ci il tarixdə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin inzibati binasında saat 12:00-da baxılacaq. Bu barədə  onun vəkili Elçin Sadıqov özünün Facebook hesabında məlumat paylaşıb:

“Koronavirus pandemiyası ilə bağlı etaplar dayandırıdığından Tofiq Yaqublu məhkəmə iclasında onlayn (videogörüntü ilə) iştirak edəcək. Məhkəmə iclası qapalı keçiriləcək.”

Qeyd edək ki,  T.Yaqublu Müsavat Partiyası və Demokratik Qüvvələrin Milli Şurasının – aparıcı müxalifət partiyaları və fəalların koalisiyası – üzvüdür.

Martın 23-də Bakı məhkəməsi T.Yaqublunun “silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə törədilmiş xuliqanlıq” ittihamı üzrə istintaqı gözləyərək üç ay müddətində həbsdə olması barədə qərar çıxarıb.

Martın 25-də Human Rights Watch Nyu York insan-müdafiə  qrupu bildirib ki, T.Yaqublu prezident İlham Əliyevin ölkənin siyasi müxalifətinə qarşı antikoronavirus tədbirlərinin tətbiq ediləcəyi barədə fikirlərindən bir neçə gün sonra saxta ittihamla həbs olunub.

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az