[:az]“Baş həkimin keçirdiyi toplantıdan sonra iki nəfərdə koronavirus aşkarlandı”[:]

tərəfindən Gozetci

[:az]Ağciyər Xəstəlikləri İnstitutundakı vəziyyətdən şikayət edilir

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan şikayət var. Burada çalışanlar Meydan TV-yə bildiriblər ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xəstəxananın yaşı 65-i keçmiş əməkdaşlarına işə çıxmağa qadağa qoyub. Eyni zamanda bütün işçilər bir-birləri ilə sosial məsafəni qorumalıdırlar.

Ancaq buna baxmayaraq, institutun 70 yaşlı direktoru Həqiqət Qədirova bir neçə gün öncə xəstəxanada toplantı keçirib. Toplantının videogörüntüsü də Meydan TV-yə təqdim olunub. Həmin görüntüdən sosial məsafə qorunmadığı, tibb işçiləri arasında qoruyucu maskalardanistifadə etməyənlərin olduğu diqqət çəkir.

Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, məhz bu toplantıdan sonra institutun iki əməkdaşında koronavirus infeksiyası aşkarlanıb. Virusa yoluxduğu iddia edilən tibb işçilərinin kimliyi də Meydan TV-yə məlumdur. Bunlar 1986-cı il təvəllüdlü N.R və 1980-ci il təvəllüdlü E.İ-dir.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Meydan TV-yə deyib ki, bəli, Nazirlər Kabinetinin qərarına əsasən, bütün iş yerlərində 65 yaşdan yuxarı insanların işə gəlməsi ilə bağlı qadağa var. Bu, Ağciyər Xəstəlikləri İnstitutunda da keçərlidir:

“Orada çalışanlar koronavirus xəstələri ilə sıx kontaktadırlar. Lakin həkimlərə qorunmaq üçün lazımi avadanlıqlar verilib. Keçirilən tədbirdən və orada yoluxmanın olmasından bizim məlumatımız yoxdur. Bu məsələni də araşdırarıq”.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az