[:az]AXCP üzvü işgəncələrə məruz qaldığı bildirilir[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, ictimai əsaslarla partiya sədri Əli Kərimlinin mühavizəçisi Niyaməddin Əhmədov işgəncələrə məruz qaldığı bildirilir.

Bu barədə Turana AXCP-dən məlumat verilib. Məlumata görə, aprelin 16-da inzibati qaydada həbs olunmuş Əhmədov dünən, aprelin 28-də səhər saat 11 radələrində saxlandığı Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb. “Niyaməddin Əhmədov özü yaxınlarına məlumat ötürüb ki, onu harasa aparıb küçə söyüşləri ilə müşahidə olunan işgəncələrə məruz qoyublar. Ondan tələb olunmuşdur ki, Əli Kərimlidən pul aldığı haqda ifadə versin.Təxminən saat 23:00-da  istədiklərinə nail olmadıqlarını görüb onu Saxlanma Məntəqəsinə qaytarıblar. Hazırda təkadamlıq kamerada saxlanılır”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Turana məlumatı təkzib edib. Onun sözlərinə görə, məlumat uydurma xarakterlidir.

Aprelin 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Niyaməddin Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci və 535-ci maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olundu.

Əhmədov aprelin 15-də evdən çıxarkən polis tərəfindən saxlanılıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası onun həbsini partiyaya qarşı təzyiqlər kampaniyası ilə əlaqələndirir

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az