[:az]Vəkil: “Polis Tofiq Yaqublunun telefonunu alıb”[:]

tərəfindən Gozetci

[:az]Vəkil Elçin Sadıqov polisin həbs edilmiş müxalifətçi Tofiq Yaqublunun mobil telefonunu qaytarmaması ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.

“T.Yaqublunun telefonu polis tərəfindən heç bir qanuni əsas olmadan alınıb. Onun statuslarının (Facebook-da) silinməsi bir daha onu sübut edir ki, T.Yaqublu ifadə azdlığına, yazılarına görə həbs edilib. Bunun baş vercəyini ehtimal edərək T.Yaqublunun həbsinə səbəb olan statuslarını screen etmişdim”,- vəkil bildirib.

Onun sözlərinə görə, bu, şəxsi həyata müdaxilə, həm də ifadə azadlığının pozulması deməkdir. Bu həm də Avropa Konvensiyasının, eləcə də Azərbaycan CM-in müvafiq maddələrinin pozulması deməkdir.

T.Yaqublu martın 22-də yol qəzasından sonra saxlanılıb. Digər avtomobil T.Yaqublunun maşınını vurub, sürücü isə müxalifətçiyə hücum edib. Ancaq T.Yaqublunu saxlayıblar, xuliqanlıqda ittiham ediblər, məhkəmə onu üç ay müddətinə həbs edib.

Beynəlxalq hüquq-müdafiə təşkilatları siyasətçinin uydurma ittihamla həbsini pisləyiblər və onun dərhal azadlığa buraxılmasını tələb edib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az