[:az]Tofiq Yaqublu zəruri gigiyenik vasitələrlə təmin olunub[:]

tərəfindən Gozetci

[:az]Bu gün vəkil Elçin Sadıqov həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublu ilə görüşüb. Bu barədə Nigar Həzi özünün facebook hesabında məlumat paylaşıb: ” Tofiq Yaqublu artıq zəruri gigiyenik vasitələrlə təmin olunub. Salanma şəraitindən şikayətçi deyil”

Qeyd edək ki, müxalif siyasətçi Tofiq Yaqublu martın 22-də saxlanılıb və martın 23-də Bakının Nizami rayon Məhkəməsi onun barəsində təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliynin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç və AŞPA həmməruzəçiləri Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun dərhal azad edilməsini tələb edib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az