[:az]Həbsdə olan AXCP fəalının xəstələndiyi bildirilir[:]

tərəfindən Gozetci

[:az]Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Babək Həsənovun saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsində xəstələndiyi bildirilir.

Bu barədə B.Həsənovun qardaşı Cavid Həsənov məlumat verib: «Babək bu gün, martın 25-də evə zəng vuraraq artıq bir neçə gündür xəstə olduğunu deyib. Babək yüksək qızdırmadan, boğaz və böyrək ağrısından əziyyət çəkir…».

C.Həsənovun vurğulamasına görə, cəzaçəkmə müəssisəsində saxlanan bir çox dustaqlar xəstədir: «Lakin onları müalicə müəssisəsinə köçürmürlər və onlar digərləri ilə eyni barakdadırlar. Heç bir tədbir görülmür».

Penitensiar Xidmətin mətbuat xidmətin rəhbəri Mehman Sadıqov isə «Turan» agentliyinə bu deyilənləri yalanlayıb.

M.Sadıqovun deməsinə görə, cəzaçəkmə müəssisələrində vəziyyətə ciddi nəzarət olunur.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az