[:az]Deputat seçilən idmançının bacısı oğlu müstəqil müşahidəçini hədələyir[:]

tərəfindən Gozetci

[:az]Fevralın 9-u 113 saylı DSK-nın 24 saylı səsvermə məntəqəsində müstəqil müşahidəçi kimi müşahidə aparan Cavid Əliyev hədələndiyini bildirir. Onun sözlərinə görə YAP müşahidəçisi  Orxan Cəfərov adlı şəxs  əvvəlcə ona 21 saylı səsvermə məntəqəsində təzyiq göstərib:

“Həmin məntəqədə qadınlar səs-küy saldılar ki, bu oğlan çəkiliş aparır. Məntəqə sədri də mənə xəbərdarlıq etdi, bildirdim ki, əvvəla, hələ çəkiliş aparmıram. Ancaq aparmalı olsam da, buna qanun yol verir və heç kim buna görə məni məntəqədən uzaqlaşdıra bilməz. Bunlar mənimlə bağlı akt tərtib etməyə başladılar. Bu vaxt Orxan da məntəqəyə gəlib çıxdı, soruşdu sən kimsən, dedim, müstəqil müşahidəçiyəm. Dedi, mən də YAP-ın müşahidəçisiyəm, qadınlar ona məndən şikayət etdilər, o da qadınlarla əlbir olub məni məntəqədən qovdu”

Cavid Əliyev bildirir ki, qovulmasının ardından müşahidə aparmaq üçün eyni dairənin 24-cü məntəqəsin gedib. Lakin 5 dəqiqə sonra Orxan Cəfərov bu məntəqəyə də gələrək Cavid Əliyevin digər məntəqələrdən qovulduğunu, Mnsk üzvlərinə onu məntəqəyə buraxmamalı olduğunu söyləyib:

“Mənə dedi ki, bu dəqiqə buranı tərk eləməsən, qulağından tutub küçədə asfaltın üstündə sürüyəcəm səni, biabır olacaqsan. Mən də məntəqədən çıxıb dostlarıma zəng vurdum, onlara bildirdim ki, belə bir adam məntəqə-məntəqə arxamca düşüb, hara gedirəmsə, gəlib məni hədələyib ordan qovur.”

Cavid Əliyevin dostu Şəki sakini Şakir Salamlı bildirir ki, fevralın 9-da 113 saylı DSK-nın 24 saylı səsvermə məntəqəsində müşahidəçilik edən dostunun məntəqədə təzyiqlərə məruz qaldığını eşidən zaman həmin məntəqəyə gedib. Orada deputatlığa namizədlərdən biri olan Vüqar İskəndərovun yaxın qohumu onu hədələyib:

“Həmin məntəqə Şəkidəki 4 saylı musiqi məktəbində yerləşir. Dostum zəng vurub dedi ki, Orxan adlı şəxs onu əvvəlcə 21 saylı məntəqədən qovub, o hazırda 24 saylı məntəqədədir, Orxan indi də həmin məntəqəyə gəlib, onu hədələyir ki, öz xoşuyla çölə çıxmasa, qulağından tutub küçədə yerlə sürüyəcək”

Şakir Salamlı bildirir ki, məntəqənin həyətində olarkən Orxan adlı şəxs onlara yaxınlaşaraq hədələyib. Daha sonra fevralın 13-də  də adlı çəkilən şəxs ona zəng edərək görüşə çağırıb:

“Dedim, məşğulam, görüşmək imkanım yoxdur. Dedi, onda sabah axşam dostum-tanışımla gələcəm, sən də kimi istəsən özünlə gətirə bilərsən, gəl, söhbət edək. Mən artıq bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq bildirdim ki, belə bir adam dəstəsini başına yığıb, məni “razborkaya” çağırır. Daxili işlər nazirinin müavini Oruc Zalova onlayn müraciət də etmişəm. Hələ ki, nə 102-yə, nə də nazir müavininə etdiyim müraciətlərə reaksiya yoxdur”.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az