[:az]Polad Aslanovun işi üzrə məhkəmə prosesi fevralın 3-nə təyin edilib[:]

tərəfindən Gozetci

[:az]Xeberman.com saytının redaktoru Polad Aslanovun barəsində cinayət işi məhkəməyə verilib. İş üzrə hazırlıq iclası fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Gəniyevin sədrliyi ilə keçiriləcək. Bu barədə jurnalistin xanımı Gülmirə Aslanova məlumat verib.

Xatırladaq ki, redaktor Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də jurnalistin həbs müddəti daha 4 ay uzadılıb.

Dekabrda ona qarşı CM-in 134-cü maddəsi (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə daha bir ittiham irəli sürülüb.

P.Aslanov özünü günahkar saymır və bildirir ki, güc strukturlarında korrupsiya haqda yazıların dərcinə görə təqib olunur.

G.Aslanovanın sözlərinə görə, bəzi media nümayəndələri və fəallar  onun həyat yoldaşının əleyhinə “yalan ifadələr” veriblər.

“Meydan” TV-nin məlumatına görə, fəal Dəyanət Babayev iş üzrə zərərçəkmiş kimi tanınıb.

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları P.Aslanova qarşı cinayət təqibini pisləyiblər.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az