[:az]Gəncə olaylarına görə daha bir nəfər Moskvadan gətirildi[:]

tərəfindən Gozetci

[:az]Gəncə hadisələrinə görə həbslər davam edir. Keçmiş icra başçısı Elmar Vəliyevi güllələməkdə suçlanan Yunis Səfərovla əlbirlik ittihamıyla daha bir nəfər – Yusif Sadıqov Rusiyadan Azərbaycana gətirilib. Bu barədə AzadlıqRadiosuna onun ailəsindən bildirilib.

«Yunislə toyda bir şəkli var»

Yaxınlarının sözlərinə görə, Y.Sadıqov bundan öncə Gəncə olaylarına görə həbs olunmuşdu: «Ali təhsilli adamdır. Onun Yunislə bir toyda şəkli var. Gəncə hadisələrindən az sonra Yusifi tutdular, 3 gün saxladılar. Heç nə tapa bilmədilər. Onların arasında cəmi bir dəfə telefon danışığı olub. Buraxdılar…».

Y.Sadıqov Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında 2019-cu ildə Moskvada saxlanılıb. Bir müddət Rusiya paytaxtında təcridxanada saxlandıqdan sonra yanvarın 21-də Bakıya gətirilib. Onun hazırda Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlandığı bildirilir.

«Birlikdə çay içiblər»

Gəncə olayları ilə əlaqədar Moskvada həbs olunan daha bir nəfər – 42-yaşlı Müşfiq Orucov da bir həftə öncə Bakıya gətirilib. Anası Ənisə Qurbanova deyir ki, oğlunun icra başçısına sui-qəsddə suçlanan Y.Səfərovla tanışlığı, əlaqəsi olmayıb. Ancaq Yunislə birlikdə mühakimə olunan Hamlet Abdullayevi tanıyıb: «Hamlet Gəncədə qonşumuzun oğlunun tanışı idi. Nə vaxtsa Müşfiq, qonşumuz və həmin Hamlet birlikdə oturub çay içiblər, vəssalam».

Ə.Qurbanova onu da bildirir ki, oğlu Gəncə hadisələrindən 1 il 5 ay öncə ailəsiylə birlikdə Moskvaya köçmüşdü.

M.Qurbanov 2018-ci ilin oktyabrında Moskvada saxlanılıb. Onun haqqında 6 aylıq həbs qərarı verilib. Azərbaycan tərəfi lazım olan sübutları təqdim etmədiyindən, onun Bakıya təhvil verilməsi prosesi uzanıb.

Həm Y.Sadıqov, həm də M.Qurbanova qəsdən adam öldürməyə cəhd, terrorçuluq və başqa ağır maddələrlə ittiham verilib.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az