[:az]Həbsdə olan redaktora qarşı daha bir ittiham irəli sürülüb[:]

tərəfindən Gozetci

[:az]

 Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova deyib

Xeberman.com saytın həbsdə olan redaktoru Polad Aslanova daha bir ittiham verilib.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bildirib.

Onun sözlərinə görə, P.Aslanov indi CM-in 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı, həm də 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsiylə ittiham olunur.

Gülmirə Aslanova deyib ki, yeni ittihamda Polad Aslanovun saytlardan birinin əməkdaşını hədələdiyi iddia olunur.

Xanımının dediyinə görə, həmin şəxsin kimliyi də məlumdur, sadəcə, istintaq davam etdiyinə görə açıqlamır.

Jurnalistə qarşı yeni ittiham irəli sürüldüyünü P.Aslanovun vəkillərindən biri də AzadlıqRadiosuna təsdiqləyib.

Lakin müdafiəçi ittihamın mahiyyəti barədə danışmaq istəməyib.

Xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb, növbəti gün məhkəmə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Aslanova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılır.

Oktyabrın 5-də Səbail rayon Məhkəməsi hakim Aytən Əliyevanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin müraciəti əsasında jurnalist barəsində həbs qətimkan tədbirinin müddətini daha dörd ay, 2020-ci il fevralın 12-dək uzadıb.

Aslanov ittihamı qəbul etmir, sifariş hesab edir.

Ailə üzvlərinin bildirdiyinə görə, P.Aslanov ittihamı qəbul etmir və sifarişlə həbs olunduğunu deyir. İddia edir ki, rəhbərlik etdiyi saytda DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə şərlənib.

Yerli və beynəlxalq təşkilatlar Aslanovun cinayət təqibini pisləyir, onun həbsinin əsl səbəbinin jurnalist fəaliyyəti olduğunu hesab edir.

Öz növbəsində, rəsmi Bakı insanların baxışlarına görə təqib edilmədiyini bildirir. Azərbaycan hökuməti ölkədə bütün fundamental azadlıqların, o cümlədən söz və mətbuat azadlığının təmin edildiyini bildirir.

Bununla yanaşı, Azərbaycan beynəlxalq mətbuat azadlığı indeksində 189 ölkə arasında 166 yerdədir.

Amerikanın Səsi

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az