[:az]Müsavatçılar onlara xəbərdarlıq olunduğunu deyirlər[:]

tərəfindən Gozetci

[:az] “Noyabrın 12-nə nəzərdə tutduğumuz piket ilə bağlı bu gün, noyabrın 9-da Bakı Şəhər Baş Polis İdarəsində olduq”

Bunu  Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

G.Aslanlı deyir ki, idarədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Müsavat Partiyasına cavab məktubu oxunub. Onun vurğulamasına görə, ardınca da Bakı Şəhər Prokurorluğunun nümayəndəsi onların xəbərdarlıq məktubunu diqqətə çatdırıb .

G.Aslanlı vurğulayır ki, onlar da öz növbələrində “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uygun dinc aksiyanın keçirilməsində israrlı olduqlarını bildiriblər:

“Qarşı tərəfə də bizə dedi ki, BŞİH sizinlə razılşamayıb, siz də razlaşdırılmamış askiyaya çıxmayın, əgər çıxacaqsınızsa, qanunun həbsə qədər bütün variantlarından istifadə olunacaq…”.

G.Asalnlının deməsinə görə, sonda xəbərdarlıqla bağlı məktubu imzalamaları istənsə də, bundan imtina ediblər.

Bu deyilənlərə, hələlik, Bakı Şəhər Baş Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az