[:az]Elina Hacıyevanın ölüm işi: direktora hökm oxundu[:]

tərəfindən Gozetci

[:az]Sevinc Abbasovanın azadlığı məhdudlaşdırıldı

162 saylı orta məktəbin keçmiş direktoru, 14 yaşlı Elina Hacıyevanın ölümündə günahlandırılan Sevinc Abbasovaya hökm oxunub.

Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə çıxarılan hökmə əsasən, Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq.

Zərərçəkmişin mülki iddiası qismən təmin olunub – Sevinc Abbasovanın üzərinə Elinanın ailəsinə 8500 maddi, 10 min manat isə mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi qoyulub.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az